...

İranın Bəndər Abbas əyalətində yeraltı təkanlar qeydə alınıb

Dünya xəbərləri Materials 22 İyul 2009 13:49 (UTC +04:00)

İranın Bəndər Abbas əyalətinin Qeşm adaları yaxınlığında zəlzələ baş verib. Bu barədə İranın MEHR  xəbər agentliyi məlumat yayıb.

Tehran Seysmologiya İnstitutunun məlumatına görə, Bəndər Abbas əyalətinin Qeşm adaları yaxınlığında 4,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.  Yeraltı təkanlar İran vaxtı ilə 11:19-də baş verib. Bu gün səhər  həmin regionda  yerli vaxtla 10:20 radələrində də 5.4 və 3.6 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Ölən, yaralanan və dağıntılar barədə hələ ki, məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti