...

Türkiyədə parlament spikeri seçkiləri davam edir

Dünya xəbərləri Materials 5 Avqust 2009 15:23 (UTC +04:00)

Türkiyədə çərşənbə günü axşam başlayan Böyük Millət Məclisinə spiker seçkiləri davam edir, Türkiyənin The Journal of Turkish Weekly jurnalı xəbər verir.

Parlamentin yeni spikeri vəzifəsinə Türkiyənin müxtəlif partiyalarından beş namizəd irəli sürülüb. Onlardan biri artıq iki ildir bu vəzifədə olan və səlahiyyət müddəti avqustun 2-də başa çatan Köksal Toptanı əvəzləyəcək.

Seçkilərin üçüncü və dördüncü raundu çərşənbə günü keçirilir, seçkilərdə 276 deputat səs verməlidir. Parlamentin yeni spikerinin adı seçkilərin dördüncü raundundan sonra parlamentin bütün üzvlərinin səsverməsinin yekunları əsasında məlum olacaq.

Xəbər lenti

Xəbər lenti