...

İranın milli təhlükəsizliyi nüvə proqramına haqq qazandırmaq üçün bəhanə ola bilməz – İSİS-in baş analitiki (MÜSAHİBƏ)

Dünya xəbərləri Materials 2 Sentyabr 2009 13:11 (UTC +04:00)
Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunda İranın nüvə proqramı üzrə baş analitik, ABŞ Dövlət Departamentinin hərbi-siyasi məsələlər bürosunun keçmiş əməkdaşı, ABŞ-ın BMT-də, Nyu-Yorkda və BMT-nin silahsızlaşdrıma üzrə Konfransındakı missiyasının iştirakçısı Jaklin Şir ilə müsahibə.
İranın milli təhlükəsizliyi nüvə proqramına haqq qazandırmaq üçün bəhanə ola bilməz – İSİS-in baş analitiki (MÜSAHİBƏ)

ABŞ, Vaşinqton, 02 sentyabr / Trend , müxbir N.Boqdanova /

Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunda İranın nüvə proqramı üzrə baş analitik, ABŞ Dövlət Departamentinin hərbi-siyasi məsələlər bürosunun keçmiş əməkdaşı, ABŞ-ın BMT-də, Nyu-Yorkda və BMT-nin silahsızlaşdrıma üzrə Konfransındakı missiyasının iştirakçısı Jaklin Şir ilə müsahibə.

- Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) direktoru Muhəmməd Əl-Baradeyi son məruzəsində deyib ki, İran uranın zənginləşdirilməsi üzrə proqramın sürətini azaldır. Necə düşünürsünüz, İran bunu nə üçün edir?

- Məsələ ondadır ki, İran sentrifuqaların quraşdırılmasını davam etdirir. Lakin onlar hələki uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalardan istifadə etmirlər. Həqiqətən də MAQATE-nin nümayəndələri orda olarkən işləyən sentrifuqaların sayı bir qədər azalmışdı. Fikrimcə, buna bir nüçə həm siyası, həm də texniki səbəblər ola bilər. İyunun 12-dən İranda bir çoxları oldu. Eyni zamanda, İranın Nüvə Agentliyinin rəhbəri dəyişdi. Odur ki, dəqiq cavabım yoxdur - çox şey baş verib.

- Maydan İran işlək sentrifuqaların sayını artırmayıb. Necə düşünürsünüz, ola bilərmi ki, İranda uran ehtiyatı azalıb?

- Xeyr, İran sentrifuqaların sayını artırıb. Demək istərdim ki, hazırda orda 8000-dən çox sentrifuqa quraşdırılıb. Hələ mayda bunun sayı 7000 ədəd idi. Odur ki, onlar sentrifuqaların sayını artırırlar.

Uran məsələsinə gəlincə, İran 1970-80-ci illərdə Cənubi Afrikadan 1000 ton uran filizi alıb. Bu uran İsfahana gətirilib. Orada onun böyük hissəsi uran UX 6 adlanan başqa bir şəklə salınıb. Hesab edirəm ki, uran ehtiyatı tükənir. Lakin UX 6 uranın miqdarı yüzlərlə ton təşkil edir. Beləliklə, Natanzda uzun müddət ərzində işi davam etdirmək üçün kifayət qədər UX 6 var. Bununla belə, onun miqdarı İsfahanda uzun müddət ərzində işi davam etdirmək üçün yetərli deyil. Filiz ehtiyatının tükənməsi İsfahan üçün problemdir. Bu, Natanz üçün yox, uranın dəyişdirilməsi üçün problemdir. Natanzda iş üçün kifayət qədər uran var. Natanz işi 10-15 il ərzində davam etdirə bilər, İsfahan üçünsə bu kifayət deyil.

- MAQATE-nin son məruzəsində deyilir ki, rəsmi Tehran təşkilatı hərbi-texniki və nüvə proqramı arasında əlaqə barədə məlumatlandırımır. Necə fikirləşirsiniz, bu məsələ birbaşa İranın milli təhlükəsizliyi ilə əlaqəli deyilmi və İran təşkilatın qaydalarına uyğun olaraq bu məsələ barədə MAQATE-yə məruzə etməlidirmi?

- İran nüvə silahının yayılmaması üzrə Komitənin üzvüdür və nüvə silahına malik olmayan ölkədir. Belə ölkəsinizsə, MAQATE-nin işi gəlmək və sizin nüvə proqramınızın sülh xarakterini təsdiq etməkdir. İranın nüvə proqramı sülh xarakteri daşıyırmı - bax bu sual altındadır. Bu məsələ barəsində dəqiq məlumatımız var. MAQATE-nin işi bu məsələlərə cavab almağa çalışmaqdan ibarətdir. Milli təhlükəsizlik haqq qazandırmaq üçün bəhanə deyil. İran müqaviləyə qoşulursa, o zaman MAQATE ilə əməkdaşlıq etməlidir.

- İranın enerji sektoruna sanksiya İranın nüvə proqramnın hazırlanmasının dayandırılmasına necə təsir edə bilər? Düşünmürsünüz ki, bu cəza tədbirləri İran hökumətinə deyil, İran xalqına yönləndirilib?

- BMT Təhlükəsizlik Şurası İranın enerji sektoru barədə hazırda şuranın bəzi üzvlərinin müzakirə etdiyi heç bir sanksiya qəbul etməyib. Bu sanksiyaların tətbiqinin effektliyi məsələsinə gəlincə, düşünürəm ki, İranın enerji sektoruna qarşı sanksiya tətbiq etməkdən öncə hələki diplomatik üsullarla böyük uğura nail olmaq olar. Buna dair mübahisələr davam edir: bəzilər fikirləşirlər ki, sanksiya nəticə verəcək, digərləri isə güman edirlər ki, onlar effektli olmayacaq. Hesab edirəm ki, sanksiyaların yaxşısı mülki əhaliyə təsir edən yox, rəhbərlik əleyhinə istiqamətləndiriləndi. Digər tərəfdən, Təhlükəsizlik Şurasının İrana qarşı sanksiya tətbiq edilməsi barədə qərar qəbul edəcəyinə əmin deyiləm.

Xəbər lenti

Xəbər lenti