...

Türkiyə geriyə addımlayır - müxalifət lideri

Dünya xəbərləri Materials 6 Oktyabr 2009 16:24 (UTC +04:00)
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal keçirdiyi mətbuat konfransında ölkəsinin geriyə addımladığını bildirib.
Türkiyə geriyə addımlayır - müxalifət lideri

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal keçirdiyi mətbuat konfransında ölkəsinin geriyə addımladığını bildirib. Məlumatı Türkiyənin CNN Türk telekanalı yayıb.

"AKP hökumətinin vasitəsilə Türkiyə geriyə addımlayır", - Baykal deyib.

Müxalifət lideri onu da qeyd edib ki, AKP-nin (Ədalət və İnkişaf Partiyası) hakimiyyətə gəlməsi ilə ölkədə işsizliyin sayı artıb. Baykalın sözlərinə görə, AKP hakimiyyəti ölkənin var-dövlətini Almaniyadakı İslam təşkilatlarına xərcləyib.

Xəbər lenti

Xəbər lenti