...

Ankarada məktəblərdə donuz qripinə görə dərslər təxirə salınıb

Dünya xəbərləri Materials 25 Oktyabr 2009 15:02 (UTC +04:00)
Ankarada donuz qripinin yayılmasına qarşı profilaktik tədbirlər çərçivəsində məktəblərdə dərslər bir həftə müddətinə təxirə salınıb
Ankarada məktəblərdə donuz qripinə  görə dərslər təxirə salınıb

Ankarada donuz qripinin yayılmasına qarşı profilaktik tədbirlər çərçivəsində  məktəblərdə dərslər bir həftə müddətinə təxirə salınıb. Bu haqda Türkiyənin CNN Türk İnformasiya portalı məlumat verib. Məktəblərdə dərslərin təxirə salınması qərarı Ankara valisi Kemal Önal tərəfindən verilib.

TREND NEWS-un arayışı: Oktyabrın 21 də isə Ankarada 11 orta məktəbdə "donuz qripi" virusu aşkarlanmışdı və məktəblərdə karantin elan olunmuşdu. Oktyabrın 25 də isə Türkiyədə donuz qripindən ilk ölüm halı qeydə alınıb. Səhiyyə nazirliyi tərəfindən verilən açıqlamaya görə ölkədə donuz qripindən iki nəfər ölüb.

Verilən açıqlamaya görə donuz qripinin yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər görülür.  Səhiyyə nazirliyindən verilən açıqlamada o da qeyd olunub ki , ölkə ərazisində donuz qripi virusuna yoluxanların ümumi sayı 958 nəfərdir.

Xəbər lenti

Xəbər lenti