...

"Demoktarik açılım" hakimiyyətin deyil, xalqın siyasətidir - Türkiyənin Baş Naziri

Dünya xəbərləri Materials 8 Noyabr 2009 14:46 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan ölkənin TRT1 telakanalına verdiyi müsahibədə ölkədə mövcüd olan kürd probleminin həlli üçün irəli sürülən demokratik açılım planının hakimiyyətin deyil xalqın istauyi ilə edildiyini bildrib.
"Demoktarik açılım" hakimiyyətin deyil,  xalqın siyasətidir  - Türkiyənin Baş Naziri

Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan ölkənin TRT1 telakanalına verdiyi müsahibədə ölkədə mövcüd olan kürd probleminin həlli üçün irəli sürülən demokratik açılım planının hakimiyyətin deyil xalqın istauyi ilə edildiyini bildrib.

" Demoktarik açılım hakimiyyətin deyil xalqın siyasətidir" - deyə Erdoğan bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun, ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürdyönlü Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd problemi həllinin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyənin əsas müxalifət partiyasının lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib. Avqustun 13-də Türkiyənin daxili işlər naziri Bəşir Atalay da DTP lideri Türk ilə görüşüb.

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli partiyanın keçirdiyi mətbuat konfransında ölkədəki hakim AKP ilə PKK terror təşkilatının eyni düşüncədə olduğunu bildirib.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal həmçinin keçirdiyi mətbuat konfransında terrorla mübarizə aparmadan terrora qalib gəlməyin qeyri-mümkün olduğunu bildirib.

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın müraciəti ilə oktyabrın 19-da İraqın şimalındakı Mahmur terror düşərgəsindən təslim olmaq üçün 26 nəfər yola çıxıb və elə həmin gün Türkiyə arazisinə çataraq təhlükəsizlik qüvvələrinə təslim olublar. Ölkənin daxili işlər naziri Bəşir Atalay təhlükəsizlik qüvvələrinin daha 150 terrorçunun təslim olacağını gözlədiyini bildirib. Təslim olan terrorçuların İraq-Türkiyə sərhədində PKK-nın bayrağı və xüsusi təmtəraqla qarşılanması ölkə müxalifətinin kəskin etirazına səbəb olub. Təslim olan terrorçuların hamısı azadlığa buraxılıb.

Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuğ İraqın şimalındakı Mahmur düşərgədisindən təslim olmaq üçün Türkiyəyə gələn terrorçuların təntənə ilə qarşılanmasının yolverilməz olduğunu bildirərək, Türkiyənin müdafiəsiz olmadığını bildirib.

Noyabrın 10 da Türkiyə Parlamentində demokratik açılım palanının müzakirəsi gözlənilir.

Baş nazir  Erdoğan onu da  bildirib ki, demokratik  açılım palnının ABŞ və Avropa  ölkələrinin  tələbləri  ilə hayata keçirilməsi haqda iddialar boş və əsassızdır.

"Demokratik açılımı yarımçıq saxlamayacağıq. Yolumuza  bundan sonra da davam edəcəyik" - deyə o  qeyd edib.

Baş nazirin sözlərinə görə Türkiyədə milliyətindən asılı olmayaraq, istər erməni olsun,istərsə də yunan bütün azınlıqların haqları qorunacaq.

"Hakimiyyət olaraq bu problemi bir dəfəlik olaraq həll edəvəyik. PKK heç bir vaxt kürd xalqının təmsilçisi olmayıb " - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti