...

Türkiyə səhiyyə nazirinin uşaqları "donuz qripi"nə yoluxublar

Dünya xəbərləri Materials 17 Noyabr 2009 15:41 (UTC +04:00)
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağın 4 və 24 yaşlarında olan qızları "donuz qripi" - A/H1N1 virusuna yoluxublar.
Türkiyə səhiyyə nazirinin uşaqları "donuz qripi"nə yoluxublar

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağın 4 yaşlı qızı  və 24 yaşındakı oğlu  "donuz qripi" - A/H1N1 virusuna yoluxublar. Məlumatı Türkiyənin SABAH qəzeti yayıb.

Uşaqlarının virusa yoluxması barədə məlumatı səhiyyə naziri özü də təsdiq edib.

Trend -un arayışı: Anadolu agentliyinin ölkənin Səhiyyə Nazirliyinin bəyanatına istinadən bildirdiyinə görə, Türkiyədə A/H1N1 virusundan ölənlərin sayı 73-ə çatıb. Bəyanata əsasən, hazırda "donuz qripi"nə yoluxan 249 nəfər xəstəxanada müalicə alır, onların 56-sı intensiv terapiya şöbələrindədir.

Xəbər lenti

Xəbər lenti