...

İranın uranı xaricə göndərmək niyyəti yoxdur - XİN rəhbəri

Dünya xəbərləri Materials 18 Noyabr 2009 17:12 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib ki, İran 3,5 faizlik zənginləşdirilmiş uranı 19,75 faiz zənginləşdirilməsi üçün xaricə təhvil vermək niyyəti yoxdur, lakin eyni zamanda, Qərb ilə, İranın daxilində olmaq şərtilə, uranın mübadilə edilməsi variantı nəzərdən keçirilə bilər.
İranın uranı xaricə göndərmək niyyəti yoxdur - XİN rəhbəri

İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib ki, İran 3,5 faizlik zənginləşdirilmiş uranı 19,75 faiz zənginləşdirilməsi üçün xaricə təhvil vermək niyyəti yoxdur, lakin eyni zamanda, Qərb ilə, İranın daxilində olmaq şərtilə, uranın mübadilə edilməsi variantı nəzərdən keçirilə bilər.

İSNA agentliyinin məlumatına görə, İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib ki, eyni vaxtda 3,5 faizlik uran verib 19,75 faizlik uran almaq variantını Qərb qəbul etsə, bu barədə fikirləşə bilərik.

Trend -un arayışı: Qərb İrandan tələb edir ki, "Tehran" nüvə laboratoriyası reaktorunun yanacağının təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın.

"Tehran" nüvə laboratoriyası reaktorunun yanacaqla təmin edilməsi üçün 116 kq 19,75 faizlik urana ehtiyac var, bunun üçün də 1160 kq 3,5 faizlik uran təhvil verməyə hazırıq", - Müttəki bildirib.

Xəbər lenti

Xəbər lenti