...

İranın MAQATE ilə əməkdaşlıq səviyyəsi azaldılacaq – Atom Enerjisi üzrə Təşkilatın rəhbəri (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 14 Dekabr 2009 13:58 (UTC +04:00)
İranın atom enerjisi üzrə təşkilatının rəhbəri Əli-Əkbər Salehi bildirib ki, İran Parlamentinin tələbləri əsasında MAQATE ilə əməkdaşlığın səviyyəsi azaldılacaq.
İranın MAQATE ilə əməkdaşlıq səviyyəsi azaldılacaq – Atom Enerjisi üzrə Təşkilatın rəhbəri (ƏLAVƏ OLUNUB)

RED. ikinci abzasdan sonra əlavə olunub.

İranın atom enerjisi üzrə təşkilatının rəhbəri Əli-Əkbər Salehi bildirib ki, İran Parlamentinin tələbləri əsasında MAQATE ilə əməkdaşlığın səviyyəsi azaldılacaq.

O həmçinin qeyd edib ki, İranın MAQATE ilə əməkdaşlığı nüvə silahlarının yayılmamasına dair müqavilə çərçivəsində həyata keçiriləcək. (NSYM)

NSYM-ya əsasən, MAQATE-nin üzv ölkələri agentliyi uranın zənginləşdirilməsinin həyata keçirilməsi barədə prossesin başlanmasından 6 ay öncə məlumatlandırmalıdırlar.

Noyabr ayının sonunda Salehi bəyan edib ki, İran uranın zənginləşdirilməsi üzrə əlavə 10 zavod inşa etmək niyyətindədir. Onun sözlərinə görə, yeni obyektlərin tutumu Natənzdəki zavodun tutumu qədər olacaq və 54 min sentrifuq təşkil edəcək.

Sentyabr ayının sonunda İran MAQATE-ni Qum şəhərində uranın zənginləşdirilməsi üzrə ikinci zavodun inşası barədə məlumatlandırıb.

"İran yeni nüvə obyektləri barədə əlavə məlumatı NSYM-nin şərtlərinə müvafiq olaraq, yəni həyata keçirilməsindən 6 ay öncə elan edəcək", - Salehi deyib.

O əlavə edib ki, parlamentdə təsdiq olunan İranın yaxın 20 il müddətində nüvə perspektivləri layihəsində qeyd edilib ki, İran bu müddət ərzində 20 min meqavatt elektrik enerjisi istehsal etməlidir.

Xəbər lenti

Xəbər lenti