...

İranda hüquq müdafiəçisinə 6 ay həbs və 50 zərbə şallaq cəzası verilib

Dünya xəbərləri Materials 15 Yanvar 2010 11:23 (UTC +04:00)
İranın Zəncan şəhər məhkəməsinin 106-cı şöbəsi əslən cənubi azərbaycanlı olan hüquq müdafiəçisi Yaşar Həkkakpura 6 ay şərti cəza hökmü və 50 zərbə şallaq cəzası verib.
İranda hüquq müdafiəçisinə 6 ay həbs və 50 zərbə şallaq cəzası verilib

İranın Zəncan şəhər məhkəməsinin 106-cı şöbəsi əslən cənubi azərbaycanlı olan hüquq müdafiəçisi Yaşar Həkkakpura 6 ay şərti cəza hökmü və 50 zərbə şallaq cəzası verib. Bu barədə Trend -a təqsirləndirilən şəxsin özü məlumat verib.

Həkkakpurun Trend -a verdiyi məlumata əsasən, o, İran rejiminə qarşı əks-təbliğat aparmaqda, internet səhifələrində ölkə rəsmilərinin şərəf və ləyaqətini təhqir edən məlumatlar yaymaqda, 21 azər günü şeir gecəsi təşkil etməkdə ittiham olunaraq 6 ay həbs və 50 zərbə şallaq cəza alıb.

Həkkakpur 2005-ci ildə də Marağa polisi tərəfindən həbs olunmuş və bir aydan sonra zəmanətə buraxılmışdı.

Həkkakpur Türkiyədən telefonla bildirib ki, mən İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olduğum üçün və Zəncan Universitetinin nəzarət heyətinin icazəsi ilə "şeir gecəsi" təşkil etdiyim üçün barəmdə cinayət işi açılıb.

Yaşar Həkkakpur əvvəllər Cənubi Azərbaycanın Zəncan şəhərində çıxan "Qızılüzən""Zəngan sözləri" tələbə dərgilərinin baş redaktoru, Marağa şəhərində isə "Azərbaycan övladlarının evi" adlı qeyri-hökumət qurumunun təsisçilərindən idi.

Xəbər lenti

Xəbər lenti