...

Ankara-Yerevan münasibətləri yarımçıq qala bilər - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 20 Yanvar 2010 13:57 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri zamanı keçirdiyi mətbuat toplantısında Türkiyə-Ermənistan münasibətlərinin yarımçıq qala biləcəyini söyləyib. Məlumatı Türkiyənin CNN Türk telekanalı yayıb.

Baş nazir onu da qeyd edib ki, Ermənistan Konstitisiya Məhkəməsinin tələbləri Ankara-Yerevan münasibətlərini yarıda qoyacaq.

Trend -un arayışı: 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləməsinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Xəbər lenti

Xəbər lenti