...

İran və Türkiyə arasında münasibətlərin inkişafı regionda sabitliyin təminatıdır - İranın xarici işlər naziri Möttəki

Dünya xəbərləri Materials 16 Fevral 2010 13:17 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Möttəki bu gün türkiyəli həmkarı Əhməd Davudoğlu ilə birgə Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, İran və Türkiyə dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsi regionda sabitliyin təminatıdır. Bu barədə canlı yayımda CNN Türk kanalı məlumat yayıb.
İran və Türkiyə arasında münasibətlərin inkişafı regionda sabitliyin təminatıdır - İranın xarici işlər naziri Möttəki

Azərbaycan, Bakı, 16 fevral / Trend /

İranın xarici işlər naziri Mənuçöhr Möttəki bu gün türkiyəli həmkarı Əhməd Davudoğlu ilə birgə Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, İran və Türkiyə dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsi regionda sabitliyin təminatıdır. Bu barədə canlı yayımda CNN Türk kanalı məlumat yayıb.

Möttəki əlavə edib ki, İran və Türkiyə region problemlərini müzakirə edib. İki ölkə regionda strateji baxımdan böyük rol oynayır.

Möttəki Türkiyənin İranın nüvə proqramı məsələsində vasitəçi olmadığını bəyan edib.

"Biz Türkiyəni vasitəçi hesab etmirik, lakin müxtəlif mövzulardakı danışıqlarda Türkiyə aktiv iştirak edir və bu məsələdə Türkiyənin üzərinə böyük məsuliyyət düşür", - Müttəki əlavə edib.

Davudoğlu çərşənbə axşamı İranın yüksək vəzifəli şəxsləri ilə qarşılıqlı maraq kəsb edən məsələlər barədə müzakirələr aparmaq üçün Tehrana səfər edib.

Xəbər lenti

Xəbər lenti