...

ABŞ, Rusiya və Fransa uran mübadiləsinə dair MAQATE-yə yeni məktub ünvanlayıb - Mənuçöhr Müttəki

Dünya xəbərləri Materials 16 Fevral 2010 14:40 (UTC +04:00)
"ABŞ, Rusiya və Fransa uranın mübadiləsinə dair MAQATE-yə yeni məktub ünvanlayıblar ki, onun da bizə gələn tərcüməsində bu 3 ölkənin "Yeni təkliflər"lə çıxış etdiyi qeyd olunub", - İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün türkiyəli həmkarı Əhməd Davudoğlu ilə keçirdiyi mətbuat konfransıda ABŞ, Rusiya və Fransanın uran mübadiləsinə dair İrana yeni təklifləri haqda yayılan məlumatlara münasibət bildirərkən deyib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
ABŞ, Rusiya və Fransa uran mübadiləsinə dair MAQATE-yə yeni məktub ünvanlayıb - Mənuçöhr Müttəki

"ABŞ, Rusiya Fransa uranın mübadiləsinə dair MAQATE-yə yeni məktub ünvanlayıblar ki, onun da bizə gələn tərcüməsində bu 3 ölkənin "Yeni təkliflər"lə çıxış etdiyi qeyd olunub", - İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün türkiyəli həmkarı Əhməd Davudoğlu ilə keçirdiyi mətbuat konfransıda ABŞ, Rusiya və Fransanın uran mübadiləsinə dair İrana yeni təklifləri haqda yayılan məlumatlara münasibət bildirərkən deyib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Müttəki əlavə edib ki, MAQATE vasitəsi ilə bizə təklif olunan hər bir fikir və təkliflləri biz araşdırırıq.

Müttəki nüvə məsələsi ilə bağlı Türkiyə ilə də Yaponiya, Brazilya və digər tərəflər kimi müzakirələr apardığını deyib. "Türkiyəli həmkarım ilə görüşdə nüvə yanacağına dair son dəyişiklikləri müzakirə etdik. Bu danışıqlar davam edəcək və ehtimal olunur ki, müzakirələrin davamı üçün bir daha görüş təşkil olunacaq", - Müttəki deyib.

Müttəki əlavə edib ki, İran və Türkiyə arasında müzakirələr İranın nüvə sahəsində başqaları üçün yaranmış qaranlıqları aydınlaşdırmağa kömək edə bilər.

Ötən ilin oktyabr ayında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) və İran üzrə Beynəlxalq "Altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) Tehrana az zənginləşdirilmiş uranı yüksək zənginləşdirilmiş uranla mübadilə etməyi təklif edib. İran bu təklifi rədd etməyib, lakin tərəflər yanacaq mübadiləsi barədə razılığa gələ bilməyib.

Xəbər lenti

Xəbər lenti