...

Türkiyənin sənaye və ticarət naziri İrana səfər edəcək

Dünya xəbərləri Materials 26 Fevral 2010 17:53 (UTC +04:00)
Türkiyənin sənaye və ticarət naziri Nihat Ərgin İrana səfər edəcək. Ərgin fevralın 28-dən martın 2-dək Tehranda keçiriləcək "D-8" qrup ölkələrinin sənaye və mədən nazirlərinin iclasında iştirak edəcək.
Türkiyənin sənaye və ticarət naziri İrana səfər edəcək

Türkiyənin sənaye və ticarət naziri Nihat Ərgin İrana səfər edəcək. Ərgin fevralın 28-dən martın 2-dək Tehranda keçiriləcək "D-8" qrup ölkələrinin sənaye və mədən nazirlərinin iclasında iştirak edəcək. Bu barədə İRNA dövlət agentliyi məlumat yayıb.

Məlumata əsasən, türkiyəli naziri 50 nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.

İnkişaf etməkdə olan "D-8" qrupuna üzv müsəlman ölkələrinin sənaye nazirlərinin birinci iclası fevralın 28-dən martın 2-dək Tehranda keçiriləcək. İclasda məqsəd sənaye sahəsində inkişaf, dünya sənayesi və iqtisadiyyatında üzv ölkələrin rolunun artırılması, üzv ölkələrin rifahını təmin etməkdir.

D-8 qrupuna Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan üzvdür.

1997-ci il iyunun 15-də İstanbulda adıçəkilən ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Türkiyənin rəhbərliyi altında inkişaf etməkdə olan D-8 qrup ölkələrinin zirvə toplantısı keçirilib.

Xəbər lenti

Xəbər lenti