...

İsveç İranın nüvə proqramı məsələsində "diplomatiya"nın tərəfdarıdır

Dünya xəbərləri Materials 9 Mart 2010 16:29 (UTC +04:00)
İranın nüvə proqramı məsələsinin müzakirəsində iştirak edən bütün tərəflər diqqəti sanksiyadan problemin diplomatik yolla həll edilməsinə yönəltməlidirlər.
İsveç İranın nüvə proqramı məsələsində "diplomatiya"nın tərəfdarıdır

İranın nüvə proqramı məsələsinin müzakirəsində iştirak edən bütün tərəflər diqqəti sanksiyadan problemin diplomatik yolla həll edilməsinə yönəltməlidirlər. Bunu İsveçin XİN rəhbəri Karl Bildt çərşənbə axşamı deyib. Məlumatı Press TV yayıb.

Bildt təsdiqləyib ki, onun ölkəsi məsələnin diplomatik yolla həll edilməsinə dair ümidini itirməyib.

Lakin o əlavə edib ki, BMT-nin Təhlükəsizlik Şurası artıq İrana qarşı yeni sanksiyaların qəbul edilməsi barədə danışıqlar aparır və İranı gələcək sanksiyalardan yaxa qurtarmaq üçün danışıqlar stolu arxasına əyləşməyə çağırır.

ABŞ və Qərb İranı nüvə silahı yaratmağa cəhddə ittiham edir. İran isə uranın zənginləşdirilməsində məqsədin nüvə elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. 2006-cı ildə İranın nüvə proqramı MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və bu Şura İranın nüvə proqramını dayandırmaq üçün indiyədək beş qətnamə qəbul edib. Qətnamələrin üçündə İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti