Suriyada - Dəməşqin 250 kilometrliyində, Həməs şəhəri yaxınlığında İrana məxsus sərnişin avtobusu aşıb; hadisə nəticəsində iki nəfər ölüb, 35 nəfər yaralanıb. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat yayıb.
Məlumata əsasən, hadisə bu gün səhər yerli vaxtla saat 09:00 radələrində baş verib. Qəzaya səbəb yolun sürüşkən olması göstərilib. Hadisə nəticəsində Hüseyn Mirzəyi və Sərvər Abbasi adlı iki iranlı dünyasını dəyişib. Digər sərnişinlərin əl və ayaqlarında müxtəlif sınıqlar qeydə alınıb.
Xəsarət alanlar Həməs xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.