...

Livanın Baş naziri İsrail Prezidentinin fikirlərini təkzib edib

Dünya xəbərləri Materials 21 Aprel 2010 12:02 (UTC +04:00)

Livanın Baş naziri Saad Həriri onun ölkəsində "Skad" raketlərinin yerləşdirilməsi barədə İsrail Prezidenti Şimon Peresin fikirlərini təkzib edib. Bu barədə TRT-nin rus xidməti məlumat yayıb.

Həriri bununla əlaqədar deyib ki, İsrail Prezidentinin fikirləri nə vaxtsa İraqda kütləvi qırğın silahlarının olması ilə bağlı bu ölkəyə irəli sürülən ittihamları xatırladır.

Həriri deyib ki, "həmin qüvvələr İraq ssenarisini Livana qarşı oynayırlar".

Bundan əvvəl Peres tərəfindən "Hizbullah"ın "Skad" raketləri ilə təmin edilməsində ittiham olunan Suriya rəhbərliyi də İsrail Prezidentinin fikirlərini təkzib edib.

Xatırladaq ki, ötən həftə Ağ evin mətbuat katibi Robert Gibbs Suriyanın sözügedən raketləri "Hizbullah" təşkilatı tərəfindən istifadə olunması üçün Livana verməsi ilə bağlı narahatlığını bildirib.

"Hizbullah" nümayəndəsi isə İsrailin ittihamları ilə bağlı bildirib ki, "Hizbullah"ın hansı silaha sahib olması məsələsinin Təl-Əvivə aidiyyəti yoxdur.

Xəbər lenti

Xəbər lenti