...

"Sepah"ın iqtisadi fəaliyyəti azad rəqabətə mane olmamalıdır - İran spikeri

Dünya xəbərləri Materials 13 May 2010 12:32 (UTC +04:00)
İran İnqilab Keşikçiləri Korpusunun ölkənin iqtisadi sahəsində fəaliyyəti azad rəqabətin qarşısını almamalı və rəqabət üçün şərait yaratmalıdır
"Sepah"ın iqtisadi fəaliyyəti azad rəqabətə mane olmamalıdır - İran spikeri

İran İnqilab Keşikçiləri Korpusunun ölkənin iqtisadi sahəsində fəaliyyəti azad rəqabətin qarşısını almamalı və rəqabət üçün şərait yaratmalıdır. Bu sözləri İran Parlamentinin spikeri Əli Laricani İran İnqilab Keşikçiləri Korpusunun "Sepah"ın Xatəmul-Ənbiya Qərargahının zabit və əsgər heyəti ilə görüşündə bildirib. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə əsasən məlumat yayıb.

Laricani İranın daxilində və xaricində bəzi qüvvələrin "Sepah"ın iqtisadi sahələrdə iş görməsindən narahatlıq keçirdiyini bəyan edib və deyib ki, ölkənin inkişaf etdirilməsi üçün "Sepah"ın imkanlarından istifadə edilməsindən narahatlıq keçirənlər səhv fikirləşirlər.

Laricani əlavə edib ki, Parlament Xatəmul-Ənbiya Qərargahını dəstəkləməkdən qürur duyur.

Son illərdə Əhmədinejad hökuməti dövründə İranın neft və qaz sahəsində böyük layihələrin bir çoxu İranın "Sepah" korpusunun tikinti işləri ilə məşğul olan Xatəmul-Ənbiya Qərargahına verilib. Xatəmul-Ənbiya Qərargahı Cənub Pars layihəsinin 15, 16-ci fazalarının inkişaf etdirilməsində iştirak edir. Bundan başqa, həmin qərargah ötən il 850 milyon dollar dəyərində müqaviləni İranın milli neft emalı və neft məhsullarının yayılması şirkəti ilə imzalayıb. Həmin müqaviləyə əsasən, Xatəmul-Ənbiya Qərargahı 1 810 kilometr uzunluğunda boru kəməri çəkəcək. Hazırda İranın 50 faizdən çox qaz ehtiyatlarına malik olan Pars Cənubi layihəsinin 21, 22 və 23-cü fazaları da 7 milyard dollar məbləğində "Sepah"a verilir.

Xəbər lenti

Xəbər lenti