...

"Azadlıq donanması"nda insanların ölümü qətiyyən əsaslandırıla bilməz - Rusiya Prezidenti

Dünya xəbərləri Materials 1 İyun 2010 17:03 (UTC +04:00)

RF Prezidenti Dmitri Medvedev Rostov-na-Donu şəhərində Avropa İttifaqı-Rusiya sammitinin açılışında İsrail xüsusi təyinatlılarının Qəzza bölgəsi üçün humanitar yardım aparan beynəlxalq donanmanın gəmilərinə hücumunun hansı şəraitdə baş verməsinin araşdırılmasının vacibliyini vurğulayıb. Hücüm zamanı 19 nəfər ölüb. Məlumatı "Rossiya-24" telekanalı yayıb.

"Daha dəqiq istintaq aparılmalıdır. Amma hər bir halda insanların ölümü əvəzedilməzdir və heç cür əsaslandırıla bilməz", - Medvedev deyib.

Rusiya XİN və Avropa İttifaqı birgə dərc etdirdikləri rəsmi bəyanatda Qəzza bölgəsi üçün humanitar yardım aparan "Azadlıq donanması"na qarşı İsrail hərbi əməliyyatının şəraitinin dəqiq və qərəzsiz araşdırılmasının aparılmasına çağırıb. Məlumatı RİA Novosti yayıb.

Sənəddə həmçinin RF və Avropa İttifaqının Qəzzaya humanitar yardım, kommersiya məhsullarının və adamların buraxılması yolunun açılmasına dair çağırışlar var.

İsrail xüsusi təyinatlıları bazar ertəsinə keçən gecə 6 gəmidən ibarət "Azadlıq donanmasının" ələ keçirilməsi üzrə əməliyyat həyata keçirib. Gəmilərdə humanitar yüklə yanaşı, blokada altında olan Fələstin anklavasına gedən 600 hüquq müdafiəçisi olub. Onların əksəriyyəti Türkiyə vətəndaşı olub. Dünya KİV-nə görə əməliyyat zamanı 19 nəfər həlak olub, israillilər isə 9 nəfərin öldüyünü təsdiqləyir.

Xəbər lenti

Xəbər lenti