...

Ərdoğan "Azadlıq donanması"nın yaralı fəallarına baş çəkib

Dünya xəbərləri Materials 4 İyun 2010 11:24 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan cümə axşamı Ankara xəstəxanasındakı "Azadlıq donanması"nın 19 yaralı fəalına baş çəkib. Onlar İsrail hərbçilərinin donanmaya hücumu zamanı yaralanıblar. Bu barədə Anadolu agentliyi xəbər verib.
Ərdoğan "Azadlıq donanması"nın yaralı fəallarına baş çəkib

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan cümə axşamı Ankara xəstəxanasındakı "Azadlıq donanması"nın 19 yaralı fəalına baş çəkib. Onlar İsrail hərbçilərinin donanmaya hücumu zamanı yaralanıblar. Bu barədə Anadolu agentliyi xəbər verib.

Ziyarət zamanı Ərdoğan bəyan edib ki, konvoyun bir sərnişini belə itkin düşməyib.

Mayın 31-də İsrail hərbçiləri Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması"na hücum ediblər. Hücum nəticəsində 9 nəfər, o cümlədən, 8 türk vətəndaşı həlak olub, 19 nəfər yaralanıb. Bəzilərinin itkin düşdüyü hesab olunur.

Xəbər lenti

Xəbər lenti