...

İsrail "Azadlıq donanması"na etdiyi basqına görə üzr istəməyəcək - XİN rəhbərinin müavini

Dünya xəbərləri Materials 14 İyun 2010 11:19 (UTC +04:00)
İsrail Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq donanması" beynəlxalq dəniz konvoyuna etdiyi basqına görə üzr istəmək niyyətində deyil. Bu barədə CNN telekanalına İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon bildirib, - CNN Turk xəbər verir.
İsrail "Azadlıq donanması"na etdiyi basqına görə üzr istəməyəcək - XİN rəhbərinin müavini

İsrail Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq donanması" beynəlxalq dəniz konvoyuna etdiyi basqına görə üzr istəmək niyyətində deyil. Bu barədə CNN telekanalına İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon bildirib, - CNN Turk xəbər verir.

Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail hərbi qüvvələrinin "Azadlıq donanması"na etdikləri basqından sonra kəskin şəkildə pisləşib. Basqın nəticəsində 9 nəfər, o cümlədən, 8 türk vətəndaşı həlak olub,19 nəfər yaralanıb. Cavab olaraq,Türkiyə Parlamenti hökumətdən İsraillə əlaqələri təkrar gözdən keçirməyi tələb edib.

Ayalon bəyan edib ki, əslində, donanmanın təşkilatçıları üzr istəməlidirlər. İsrail xarici işlər nazirinin müavini, həmçinin,Türkiyə ilə münasibətlərin həm İsrail, həm də ABŞ üçün vacib olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti