...

İran Astara Gömrük Məntəqəsində xüsusi təlim keçmiş itlərdən istifadə edəcək

Dünya xəbərləri Materials 29 İyun 2010 11:08 (UTC +04:00)
İran Astara Gömrük Məntəqəsində xüsusi təlim keçmiş itlərdən istifadə edəcək
İran Astara Gömrük Məntəqəsində xüsusi təlim keçmiş itlərdən istifadə edəcək

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir T.Cəfərov/

İran narkotiklərlə mübarizə məqsədilə Astara Gömrük Məntəqəsində xüsusi təlim keçmiş itlərdən istifadə etməyə başlayıb. Bunu İranın Astara Gömrük Xidmət rəisi Səid Hacıfiruzabadi çərşənbə axşamı jurnalistlərə deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Firuzabadi deyib ki, narkotiklərlə mübarizədə Astara Gömrük Məntəqəsində ciddi işlər görülür və bu məqsədlə gömrük məntəqəsində xüsusi təlim keçmiş itlərdən istifadə olunacaq. "Ümid edirəm, xüsusi təlim keçmiş itlər vasitəsilə narkotik vasitələrin aşkarlanması halları artacaq", - deyə Hacıfiruzabadi deyib. Onun sözlərinə görə, hər bir ədəd xüsusi təlim keçmiş itin qiyməti 10 min dollardır.

İran, ilk dəfə olaraq, narkotikləri aşkarlamaq məqsədilə öz gömrüklərində  xüsusi təlim keçmiş itlərdən istifadəyə 2009-cu ilin dekabr ayından başlayıb. İran 10 xüsusi təlim keçmiş it alıb və onların tərbiyəçiləri də 4 ay kurs keçiblər.

Xəbər lenti

Xəbər lenti