Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin ilk oyununda Hollandiya yığması Braziliyanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Qarşılaşmanın 10-cu dəqiqəsində Robinyo "pentakampeonları" hesabda önə çıxarıb (1-0). Lakin 54-cü dəqiqədə Sneyderin asmasını braziliyalı yarımmüdafiəçi Filipe Melo öz qapısına göndərib. (1-1) 68-ci dəqiqədə isə künc zərbəsindən sonra Sneyder avropalıları hesabda önə keçirib (2-1).
Hollandiya Braziliyanı məğlub edərək yarımfinala çıxıb
Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin ilk oyununda Hollandiya yığması Braziliyanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
