...

Türkiyədə dövlət çevrilişinə təhrikdə şübhəli bilinən şəxs həbs edilib

Dünya xəbərləri Materials 26 İyul 2010 10:27 (UTC +04:00)
Bazar günü Türkiyə polisi dövlət çevrilişinə təhrikdə şübhəli bilinən, istefada olan ordu generalı Çətin Doğanı həbs edib. Bu barədə Press-TV məlumat verib.
Türkiyədə dövlət çevrilişinə təhrikdə şübhəli bilinən şəxs həbs edilib

Bazar günü Türkiyə polisi dövlət çevrilişinə təhrikdə şübhəli bilinən, istefada olan ordu generalı Çətin Doğanı həbs edib. Bu barədə Press-TV məlumat verib.

Cümə günü məhkəmə Doğanın və dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilinən daha 102 nəfərin həbs olunması barədə qərar çıxarıb.

Doğan kurort şəhəri Bodrumda həbs olunub və oradan təyyarə ilə İstanbula gətirilib.

Bu iş üzrə ilk dinləmələr dekabrın 16-na təyin edilib.

İstanbul Prokurorluğu tərəfindən çevrilişə hazırlıqla bağlı iş üzrə araşdırmalara bu ilin yanvar ayında "Tərəf" qəzetində silsilə qalmaqallı materialların dərc olunmasından sonra başlanılıb. Həmin yazılarda 1960-cı ildən indiyədək üç dəfə çevriliş həyata keçirən nüfuzlu türk ordusunun "Kuvalda planı" adlı plan hazırladığı bildirilir. Həmin plana görə, İstanbulun iki məscidində partlayış təşkil edilməli və fövqəladə vəziyyət elan edilməli idi.

Qəzetin məlumatına görə, sənədin müəllifləri "Ergenekonun təşkili" işi üzrə mühakimə olunan keçmiş yüksəkrütbəli hərbçilər olublar. Bu şəxslər daha sonrakı dövrdə hökuməti devirmək məqsədilə sui-qəsddə ittiham olunurlar. Müxalifətçilərin məhkəməsi 2007-ci ilin oktyabrından İstanbulda keçirilir. İş ilə bağlı, aralarında ictimai və siyasi xadimlər, jurnalistlər, vəkillər, ali məktəb müəllimləri, istefada və xidmətdə olan hərbçilər və polislər olmaqla, 200-ə yaxın şübhəli var.

Xəbər lenti

Xəbər lenti