...

İran pilotsuz təyyarə mühərriki istehsal edib

Dünya xəbərləri Materials 27 İyul 2010 14:08 (UTC +04:00)
İranın "Danesh Bonyan" şirkətinin mütəxəssisləri pilotsuz təyyarə mühərrikini layihələşdirib və istehsal edib. Bunu "Danesh Bonyan" şirkətinin pilotsuz təyyarə mühərrikləri layihəsinin rəhbəri Yusif Əbutalibi deyib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.
İran pilotsuz təyyarə mühərriki istehsal edib

İranın "Danesh Bonyan" şirkətinin mütəxəssisləri pilotsuz təyyarə mühərrikini layihələşdirib və istehsal edib. Bunu "Danesh Bonyan" şirkətinin pilotsuz təyyarə mühərrikləri layihəsinin rəhbəri Yusif Əbutalibi deyib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

"Üç ildir ki, pilotsuz təyyarə mühərriki və propelleri üzərində iş aparılırdı. Çox araşdırmalardan sonra, indi 25 at gücündə pilotsuz təyyarə mühərriki istehsal edə bilmişik", - deyə Əbutalibi deyib.

Onun sözlərinə görə, bu növ mühərriklərin istehsal texnologiyası ABŞ, Almaniya və Böyük Britaniya ölkələrində mövcuddur və bu mühərrikin istehsalı ilə İran dördüncü ölkədir ki, texnologiya əldə edib.

"Bu mühərrikin özəlliyi onun çəkisinin az olmasındadır. 25 at gücü olan mühərrik 7 kiloqram çəkiyə malikdir", - deyə Əbutalibi deyib.

O əlavə edib ki, mühərrikin digər üstünlüyü onun uzunömürlü olmasıdır. "Mühərrikin daxili keramika örtüklüdür və bu onu uzunömürlü edir", - deyə Əbutalibi bildirib.

Əbutalibi deyib ki, iranlı mütəxəssislərin istehsal etdikləri mühərrik xarici nümunə ilə rəqabət apara bilər və onun daxildə istehsal xərci öz xarici nümunəsi ilə müqayisədə yarı qiymətə - 6 min dollara başa gəlir.

Xəbər lenti

Xəbər lenti