...

Türkiyə Ordusunun bir neçə əsgəri bomba partlaması nəticəsində yaralanıb

Dünya xəbərləri Materials 27 İyul 2010 15:11 (UTC +04:00)
Türkiyənin cənubunda yerləşən Osmaniyyə əyalətinə gedən yolun kənarında bomba partlaması nəticəsində bir neçə əsgər yaralanıb.
Türkiyə Ordusunun bir neçə əsgəri bomba partlaması nəticəsində yaralanıb

Türkiyənin cənubunda yerləşən Osmaniyyə əyalətinə gedən yolun kənarında bomba partlaması nəticəsində bir neçə əsgər yaralanıb. Bu barədə "Star" qəzetinin saytı yazıb.

Yaralananların sayı barədə hələ ki məlumat verilməyib, lakin artıq bir neçə əsgərin ağır yaralandığı məlumdur.

Kürd İşçi Partiyası (TİP) terrorçularının qoyduğu bomba hərbi konvoy keçərkən işə salınıb.

Bu, həftə başlanandan türk hərbi qulluqçularına edilən artıq ikinci hücumdur. Dünən TİP terrorçulaının Diyarbəkir əyalətinə gedən yolda yerləşdirdiyi minaya Türkiyə Ordusunun hərbi yük maşınının düşməsi nəticəsində altı əsgər yaralanıb.

Xəbər lenti

Xəbər lenti