...

İranın "Sepah" korpusu dünyanın ən sürətli raketatan qayığına sahibdir - İranın Hərbi Dəniz Qüvvələri komandiri

Dünya xəbərləri Materials 10 Avqust 2010 13:44 (UTC +04:00)
Hazırda dünyanın ən sürətli qayığına sahibik və yaxın gələcəkdə bu qayıqlarda raket sistemləri və torpedo quraşdırmaqla geniş miqyasda onun istehsalına başlayacağıq. Bunu İranın "Sepah" Hərbi Dəniz Qüvvələrinin komandiri Əli Fədəvi deyib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.
İranın "Sepah" korpusu dünyanın ən sürətli raketatan qayığına sahibdir - İranın Hərbi Dəniz Qüvvələri komandiri

Hazırda dünyanın ən sürətli qayığına sahibik və yaxın gələcəkdə bu qayıqlarda raket sistemləri və torpedo quraşdırmaqla geniş miqyasda onun istehsalına başlayacağıq. Bunu İranın "Sepah" Hərbi Dəniz Qüvvələrinin komandiri Əli Fədəvi deyib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.

Fədəvi əlavə edib ki, bu qayığı bir il yarım öncə Avropa ölkələrinin birindən almışıq və həmin qayıqdan dünyada sürət yarışlarında istifadə olunur. "Qayıq hərbi məqsədlər üçün nəzərdə tutulmayıb, lakin biz İranın daxilində qayığa dəyişikliklər etdik və onun üzərinə raketatan qurğular yerləşdirdik. 2011-ci ilədək bu qayıqları geniş miqyasda istehsal edəcəyik", - Fədəvi deyib.

O əlavə edib ki, qayığın sürəti saatda 140 kilometrdir. "Belə sürətli qayıqlar dünyanın bir çox ölkəsində, hətta Böyük Britaniya kimi ölkədə belə yoxdur", - Fədəvi bildirib.

Xəbər lenti

Xəbər lenti