...

Əfqanıstan Pakistanda baş vermiş təbii fəlakətlə bağlı 1 milyon dollar yardım edib

Dünya xəbərləri Materials 11 Avqust 2010 12:44 (UTC +04:00)

Аzərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Т.Cəfərov/

Əfqanıstan Prezidenti Həmid Kərzai Pakistan İslam Respublikasında baş vermiş təbii fəlakətlə əlaqədar, təbii fəlakətdən zərər çəkmiş insanlara yardım göstərilməsi və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə bu ölkəyə 1 milyon ABŞ dolları məbləğində maddi yardım göstərilməsi haqda sərəncam imzalayıb. Bu barədə Əfqanıstanın Prezident Aparatından Trend-ə bildirilib.

Məlumata əsasən, bu yardım tez bir zamanda Pakistana təhvil veriləcək. Bundan öncə də Əfqanıstan təbii fəlakətdən zərər çəkmiş Pakistan vətəndaşlarına 4 ədəd vertolyot və ərzaq yardım edib.

Xəbər lenti

Xəbər lenti