...

İranın Şimali Xorasan əyalətində zəlzələ baş verib

Dünya xəbərləri Materials 19 Avqust 2010 15:25 (UTC +04:00)
Bu gün yerli vaxtla saat 12:58 radələrində İranın Şimali Xorasan əyalətinin Cacərm qəsəbəsi yaxınlığında Rixter cədvəli üzrə 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat verir.
İranın Şimali Xorasan əyalətində zəlzələ baş verib

Bu gün yerli vaxtla saat 12:58 radələrində İranın Şimali Xorasan əyalətinin Cacərm qəsəbəsi yaxınlığında Rixter cədvəli üzrə 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat verir.

Hələlik zəlzələ nəticəsində, ölən, yaralananlar və zəlzələnin vurduğu ziyan barədə məlumat yoxdur.

Avqustun 12-də Şimali Xorasan əyalətinin Raz qəsəbəsi yaxınlığında Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 100-150 evə ziyan dəymişdi. Bundan başqa, avqustun əvvəlində İranın şimal-şərqində, Türbəti-Heydəriyyə şəhəri yaxınlığında yerləşən Xorasan Rəzavi vilayətində 5,7 bal gücündə zəlzələ baş verib ki, həmin zəlzələ nəticəsində 170-dən çox insan xəsarət alıb.

Ümumiyyətlə, İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində olub. Həmin zəlzələdə 31 min insan ölüb və palçıqdan tikilən qədim qala dağılıb.

Xəbər lenti

Xəbər lenti