...

Manilada Honq Konq turistlərini girov götürən şəxs öldürülüb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 23 Avqust 2010 18:16 (UTC +04:00)
Manilanın mərkəzində içərisində Honq Konqdan 22 turistin olduğu avtobusu tutan Filippin polisinin xidmətdən qovulmuş zabiti Rolando Mendosa öldürülüb.
Manilada Honq Konq turistlərini girov götürən şəxs öldürülüb (ƏLAVƏ OLUNUB)

RED. əlav.: İkinci abzas əlavə olunub

Manilanın mərkəzində içərisində Honq Konqdan 22 turistin olduğu avtobusu tutan Filippin polisinin xidmətdən qovulmuş zabiti Rolando Mendosa öldürülüb.

Məlumata görə, hücümdan əvvəl Mendosa girov götürülənlərdən 8-ni azad etmiş, 4-nü isə öldürmüşdü. Hücum Mendosanın saxladığı girovları öldürəcəyini bildirməsindən sonra başlamışdı.

Manila polisi bildirir ki, Mendosa 1986-cı ildə ölkənin ən yaxşı on polisi sıralarına daxil olub ki, bu da çox nüfuzlu və fəxri addır. Ötən il Mendosa ona qarşı edilən şikayət nəticəsində baş müfəttiş vəzifəsindən azad olunub. Filippin qəzetçilərinin bildirdiklərinə görə, Mendosanı qanunsuz həbsdə günahlandırıblar. Buna səbəb onun saxlanılan şəxsin cibinə narkotik atması və şübhəli şəxslərdən pul tələb etməsi olub. Onunla bərabər daha dörd nəfər də işdən azad edilib.

Mendosa girovları ələ keçirərək onun xidməti vəzifəsinə bərpa edilməsini, üzərindən bütün ittihamların götürülməsini və ötən il olunan şikayətə görə təzminat ödənilməsini tələb edib.

Girovlarla dolu avtobus Manilanın mərkəzindəki Lunet parkı yaxınlığındadır.

Xəbər lenti

Xəbər lenti