...

İran Prezidenti Nyu-Yorkda BMT-nin tərk-silah üzrə iclasında iştirak edəcək

Dünya xəbərləri Materials 14 Sentyabr 2010 10:49 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad Hyu-Yorkda BMT-nin tərk-silah üzrə iclasında iştirak edəcək. Bu barədə BMT-nin Baş katibi Pan Gi Mun məlumat verib. Xəbəri "Press-TV" yayıb.
İran Prezidenti Nyu-Yorkda BMT-nin tərk-silah üzrə iclasında iştirak edəcək

İran Prezidenti Mahmud Əhmədinejad Hyu-Yorkda BMT-nin tərk-silah üzrə iclasında iştirak edəcək. Bu barədə BMT-nin Baş katibi Pan Gi Mun məlumat verib. Xəbəri "Press-TV" yayıb.

Tərk-silah üzrə iclas sentyabrın 24-də keçiriləcək.

Baş katib BMT Baş Assambleyasının 65-ci sessiyasında ümumsiyasi müzakirələr zamanı Tehranın nüvə proqramını müzakirə etmək və onu BAEA ilə əməkdaşlığa çağırmaq üçün İran rəhbərliyi ilə, çox güman ki, Prezident Mahmud Əhmədinejadla görüşməsinin mümkünlüyü barədə məlumat verib. Bu barədə "RİA-Novosti" məlumat verib.

BMT Baş Assambleyasının 65-ci sessiyası sentyabrın 14-də çərşənbə axşamı açılır. Dövlət və hökumət başçıları və diplomatik idarələrin rəhbərlərinin iştirak edəcəkləri ümumsiyasi müzakirələr isə düz, bir həftə sonra başlanacaq.

"BAEA-nın sonuncu məruzəsi narahatlıq doğurur. Çünki orada İran hökumətinin BAEA ilə tam əməkdaşlıq etmədiyi və agentliyin müfəttişlərinə İranın nüvə proqramının bütün materiallarının dinc məqsədlər üçün istifadə olunduğunu yoxlamağa icazə verilmədiyi bildirilir... Mən dəfələrlə İranı BAEA ilə əməkdaşlığını genişləndirməyə və həll olunmamış digər məsələləri həll etməyə çağırmışam və yenə də çağırıram. Mənim BMT Baş Assambleyasının sessiyası zamanı İran hökumətinin nümayəndələri ilə, çox güman ki, İran Prezidenti ilə görüşmək imkanım olacaq", - Pan Gi Mun BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mətbuat konfransında bildirib.

Bununla yanaşı, o, İran nümayəndə heyəti ilə görüşəcəyi dəqiq tarixi açıqlamayıb və onun əlaqələrinin qrafikinin danışıqlarla bağlı böyük sayda tələblə əlaqədar hələ müəyyən edilmədiyini göstərib.

İranın nüvə proqramı ilə bağlı beynəlxalq birliyi narahat etməkdə davam edən konkret məsələlərdən danışarkən o, Tehranın BMT Təhlükəsizlik Şurasının uranın zənginləşdirilməsini dayandırmağa çağıran qətnamələrinə əməl etməməsini göstərib. Pan Gi Mun qeyd edib ki, həmçinin, İranın "ağır su" nüvə reaktorlarının işi ilə bağlı fəaliyyəti də narahatlq doğurur.

Xəbər lenti

Xəbər lenti