...

Avropa Komissiyası fələstinlilərə maliyyə yardımını artırıb

Dünya xəbərləri Materials 7 Oktyabr 2010 10:47 (UTC +04:00)
Avropa Komissiyası 2010-cu il üzrə illik maliyyə dəstəyi çərçivəsində Fələstin xalqına 61,4 milyon avro əlavə yardım ayırıb.
Avropa Komissiyası fələstinlilərə maliyyə yardımını artırıb

Avropa Komissiyası 2010-cu il üzrə illik maliyyə dəstəyi çərçivəsində Fələstin xalqına 61,4 milyon avro əlavə yardım ayırıb.
Komissiyanın rəsmi məlumatında deyildiyi kimi, bundan əvvəl işğal olunmuş ərazilərin əhalisi üçün artıq 295 milyon avro ayrılmışdı.
"Əlavə yardım paketinin ayrılması bizim Fələstin xalqına və nəzərəçarpan irəliləyişin olduğu Fələstin dövlətinin yaradılması prosesinə dəstəyimizi nümayiş etdirir. Biz UNRWA (BMT-nin fələstinli qaçqınlara kömək üçün Yaxın Şərq Agentliyi) Baş Fonduna ianələrimizi artırırıq", - AK-nın vitse-prezidenti, Aİ xarici siyasətinin rəhbəri Ketrin Eşton bildirib.

Göstərilən yardımdan 41 milyon avro Fələstin administrasiyası tərəfindən həm Qərb sahilində, həm də Qəzza sektorunda həkimlərin, müəllimlərin, tibb bacılarının əmək haqlarının ödənilməsinə gedəcək. Vəsait işğal altında olan ərazilər üzrə 2008-ci ilin fevralından fəaliyyət göstərən Aİ-nin PEGASE yardım mexanizmi vasitəsilə göndəriləcək.

"Bizim Fələstin xalqının dəstəklənməsinə sadiqliyimiz əvvəlkitək güclü olaraq qalır. Bizim fondlardan 80 000 fələstinli qulluqçunun əmək haqları ödəniləcək", - Aİ-nin genişlənmə və qonşuluq üzrə komissarı Ştefan Füle bildirib.

Yerdə qalan 20 milyon avro Fələstin qaçqınlarının səhiyyə, təhsil və sosial müdafiəsi sahəsində xidmətlərin həyata keçirilməsi üçün UNRWA ümumi fondunun hesabına keçiriləcək.
Bugünədək AK fələstinlilərin dəstəklənməsi üçün PEGASE mexanizminin yaranması yolu ilə 692 milyon avro vəsait ayırıb. Aİ ölkələri tərəfindən 255 milyon avro ianə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti