...

İranın Zahidan şəhər məscidində partlayış törətməkdə ittiham olunan 4 nəfər həbs edilib

Dünya xəbərləri Materials 21 Oktyabr 2010 16:25 (UTC +04:00)
Zahidan şəhər məscidində partlayış törətməkdə ittiham olunan 4 nəfər həbs edilib. Bunu Zahidan şəhər prokuroru Məhəmməd Mərziyyə deyib.
İranın Zahidan şəhər məscidində partlayış törətməkdə ittiham olunan 4 nəfər həbs edilib

Zahidan şəhər məscidində partlayış törətməkdə ittiham olunan 4 nəfər həbs edilib. Bunu Zahidan şəhər prokuroru Məhəmməd Mərziyyə deyib. Bu barədə İRİNN xəbər kanalı məlumat verir.

Mərziyyənin sözlərinə görə, həbs olunan şəxslər məsciddə partlayış törədən kamikadzelərin İrana gəlmələrinə və partlayıcı qurğu əldə etmələrinə kömək göstəriblər.

"Həbs edilmiş şəxslər etiraf ediblər ki, islam və inqilab düşmənlərinin istəyi ilə şiələr və sünnilər arasında ixtilaf yaratmaq məqsədilə Sistan və Bəluçistan əyalətində bu cinayəti törədiblər", - Mərziyyə deyib.

Mərziyyə terrorçu qruplaşmalardan ayrılıb İrana sığınan şəxslərin bağışlanacağını və onların sürgünə göndərməklə cəzalandırılacağını bildirib.

2010-cu il iyulun 16-na keçən gecə Zahidanda "Cami" məscidinin qarşısında iki kamikadze partlayıcı qurğunu işə salıb. Terror aktı nəticəsində həlak olanların sayı 27 nəfərə çatıb, 270 nəfər yaralanıb.

Dubayın "əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, terror aktına görə məsuliyyəti rəhbərləri Əbdülməlik Riqinin edam edilməsinə cavab olaraq, "Cundullah" (Allahın döyüşçüləri) qruplaşması öz üzərinə götürüb.

Təşkilatın üzərinə götürdüyü son terror aktı 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50 nəfərə yaxın insanın həyatına son qoyan partlayış olub.

Zahidan şəhəri Sistan və Bəluçistan əyalətinin inzibati mərkəzidir və Pakistanla sərhəddə yerləşir.

Xəbər lenti

Xəbər lenti