...

İran BAEA-nın əməkdaşları ilə işləməkdən imtina edilməsi ittihamını rədd edir

Dünya xəbərləri Materials 10 Noyabr 2010 14:54 (UTC +04:00)
İran nüvə proqramının xarakterinin müəyyən edilməsinə vəkil edilmiş Beynəlxalq Atom Enerjisi Agentliyinin əməkdaşları ilə işləməkdənn imtina edilməsi ittihamını rədd edir.
İran BAEA-nın əməkdaşları ilə işləməkdən imtina edilməsi ittihamını rədd edir

İran nüvə proqramının xarakterinin müəyyən edilməsinə vəkil edilmiş Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) əməkdaşları ilə işləməkdənn imtina edilməsi ittihamını rədd edir. Bu barədə "Tehran Times" qəzeti yazır.

BAEA-nın baş katibi Yukiya Amano noyabrın 8-də BMT Baş Assambleyası qarşısında məruzə ilə çıxış edərkən bildirib ki, İslam Respublikası bütün nüvə materialının dinc məqsəd daşıdığını təsdiq etmək üçün zəruri əməkdaşlığı təmin edə bilməyib.

İranın daimi nümayəndəsinin müavini Eşaq əl-Həbib bu bəyanatı "düzgün olmayan və çaşqınlıq yaradan" adlandırıb və dolayısı ilə agentliyi İrana yersiz iradlar tutan Qərbin təzyiqi ilə geri çəkilməkdə ittiham edib.

Əl-Həbibin sözlərinə görə, BAEA-nın "İranın dinc nüvə fəaliyyətinin təfərrüatlarından belə çox danışması sübut edir ki, agentlik İranın bütün nüvə materiallarına tam çıxışa malikdir".

"Görünür, agentliyin bu yaxınlarda verilən məlumatı kənardan təzyiq altında yazılıb", - əl-Həbib qeyd edib.

O bildirib ki, Tehran "dinc məqsədlər üçün nüvə proqramının işlənməsi üzrə özünün ayrılmaz hüququndan istifadədə tam qətiyyətlidir və buna [...], eləcə də nüvə yanacağı dövrünə özünün elmi nailiyyətləri əsasında can atır".

Əl-Həbib qeyd edib ki, Tehran yaxın gələcəkdə "altılıq"la görüşə maraqlıdır.

Türkiyə prezidenti Abdulla Gül bazar ertəsi bəyan edib ki, İranla dünyanın aparıcı iri dövlətləri arasında danışıqların onun ölkəsində keçiriləcəyinə ümid edir.

Bir müddət əvvəl Müttəki bildirib ki, İranın nüvə proqramı ilə bağlı "altılıq" ölkələri ilə danışıqları noyabrın 10 və ya 15-də Avstriya (Vyana şəhəri), Türkiyə (İstanbul), yaxud İsveçrədə bərpa oluna bilər.

Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali nümayəndəsi Ketrin Eşton oktyabrda İrana danışıqları noyabrın ortalarında Vyanada keçirməyi təklif edib. Buna cavab olaraq, Müttəki Aİ-ni danışıqların müddətini konkretləşdirməyə çağırıb. Oktyabrın 16-da Aİ nümayəndələri danışıqların noyabrın 15-16-da aparılmasını təklif ediblər.

Xəbər lenti

Xəbər lenti