...

Türkiyə Prezidenti Fələstin rəhbərini qəbul edib

Dünya xəbərləri Materials 6 Dekabr 2010 17:50 (UTC +04:00)
Fələstin Milli Muxtariyyətinin sədri (FMM) Mahmud Abbas Türkiyəyə səfəri zamanı bazar ertəsi Prezident Abdullah Güllə görüşüb.
Türkiyə Prezidenti Fələstin rəhbərini qəbul edib

Fələstin Milli Muxtariyyətinin sədri (FMM) Mahmud Abbas Türkiyəyə səfəri zamanı bazar ertəsi Prezident Abdullah Güllə görüşüb. Məlumatı Türkiyənin TRT telekanalının rus xidməti yayıb. Liderlərin görüşü təkbətək formatda və iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.

Görüş zamanı Abbas Gülü regiondakı vəziyyətlə bağlı məlumatlandırıb.

Bundan əvvəl müxtariyyətin rəhbəri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Ərdoğanla görüş zamanı Yaxın Şərqdə sülh prosesinin gedişi, Fələstinin regiondakı digər ölkələrlə münasibətləri və Fələstində birliyin təmin olunması kimi məsələlər müzakirə olunub.

Bazar ertəsi səhər Mahmud Abbas tədbirdə iştirak edib. Tədbir başa çatdıqdan sonra Türkiyənin Palata və Birjalar İttifaqının təşkil etdiyi humanitar karvan Fələstinə yola düşüb.

Türkiyənin Palata və Birjalar İttifaqı Fələstinə dəyəri bir milyon türk lirəsindən artıq qiymətləndirilən 67,5 ton tekstil məhsulları göndərib və bu məhsulların sayəsində 101 min fələstinli məktəbli üçün məktəbli forması tikiləcək.

İsrailin lazımi icazə və buraxılış verməsi nəticəsində beş yük avtomobili Fələstinə yola düşüb.

Xəbər lenti

Xəbər lenti