...

İrandakı diktatura Misir və Tunisdəkindən daha təhlükəlidir- müxalifət liderinin müşaviri

Dünya xəbərləri Materials 1 Fevral 2011 17:31 (UTC +04:00)

İranda 2009-cu il prezident seçkilərində namizəd və hakim partiyanın əsas rəqibi olan islahatçılar düşərgəsinin nümayəndəsi Mir Hüseyn Musəvinin müşaviri Ərdəşir Əmir Ərcmənd bildirib ki, İrandakı diktatura Misir və Tunisdəkindən daha sərt və təhlükəlidir.

Trend-in məlumatına görə, Ərcmənd "Kəleme" saytına verdiyi müsahibədə deyib ki, hakimiyyət İran İslam İnqilabının il dönümündə (11 fevral) müxalifətə sərbəst aksiya keçirməyə icazə versə, məlum olacaq ki, İran xalqı Tunis və Misirdəki kimi hakimiyyətdən narazıdır, ya yox. 

Ərcmənd bildirib ki, Misir və Tunis hakimiyyəti ən azı xalqı susdurmaq üçün dindən alət kimi istifadə etmir. O, hakim partiyanı İran xalqına hörmət bəsləməyə və demokratiyaya rəayət etməyə çağırıb.

2009-cu il iyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi, keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Qarşıdurmalar zamanı onların bəziləri həlak olub. 1032 nəfər həbs olunub, onlardan bəziləri azadlığa buraxılıb. Bir sıra Qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti