...

İranda həbsdə ola ABŞ vətəndaşlarının növbəti məhkəməsinin vaxtı açıqlanıb

Dünya xəbərləri Materials 13 Mart 2011 14:41 (UTC +04:00)
İranda həbsdə olan iki ABŞ vətəndaşının növbəti məhkəməi may ayının əvvəlində (İran tarixi ilə Ordibeheşt ayının 21-də) keçiriləcək.
İranda həbsdə ola ABŞ vətəndaşlarının növbəti məhkəməsinin vaxtı açıqlanıb

Azərbayca, Bakı, 13 mart/ Trend/

İranda həbsdə olan iki ABŞ vətəndaşının növbəti məhkəməi may ayının əvvəlində (İran tarixi ilə Ordibeheşt ayının 21-də) keçiriləcək.

Tehran Baş Məhkəməsinin rəhbəri Əlirıza Avayi İRNA ganeltinə bildirib ki, casusluqda ittiham olunan üç ABŞ vətəndaşının növbəti dövr məhkəməsi mayın əvvəlində keçiriləcək.

İrna agentliyi məlumat yayıb ki, məhkəmə qapalı keçiriləcək.

Bir il bundan əvvəl İran - İraq sərhədində Amerika vətəndaşları olan Şin Baver, Coşua Fetal və Sara Şord həbs ediliblər. Onlar İran sərhədini qanunsuz keçməkdə və casusluqda günahlandırılıblar. Lakin ABŞ bəyan edir ki, saxlanılanlar sərhədi təsadüfən keçən alpinistlər və səyyahlardır.

Keçən il sentrabrın 14-də, İran Ramazan bayramı münasibətilə Sara Şordu 500 min dollarlıq vəsiqə zəmanəti ilə azadlığa buraxıb, lakin digər iki məhbus hələ də saxlanılır.

İrna agentliyi ABŞ vətəndaşlarının vəkili Məsud Şəfii-yə (Masoud Shafiee) istinadən bildirib ki, vəkil, məhkəmə prossesindın razıdır, lakin, Şəfii Liberty radionun fars şöbəsinə müsahibəsində bildirib ki, ABŞ vətəndaşları ilə indiyədək görüşmək imkanı tapa bilməyib və yenə də onun öz müvəkkilləri ilə görüşünə şərayit yaradılmasa, ABŞ vətəndaşlarını müdafiə etməkdən imtina edəcək.

Bundan əvvəl İran Kəşfiyyat Xidmətinin rəisi Heydər Moslehi deyib ki, saxlanılan amerikalılar ABŞ həbsxanalarında olan İran vətəndaşları ilə dəyişdirilə bilərlər. Mayın sonlarında İran hakimiyyəti həbs olunan amerikalıların analarının öz övladları ilə görüşmələrinə imkan verib.

Xəbər lenti

Xəbər lenti