İranda İsfahan-Xuzistan magistral yolunda sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 9 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, hadisə cümə axşamı saat 03:40 radələrində baş verib. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar. Yaralılardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin baş verməsinə səbəb avtobusun sürücüsünün yuxulayaraq idarəetməni itirməsi olub.