...

İtaliya sanksiyaları bəhanə edərək "Misbah" peykini təhvil verməkdən boyun qaçırır - İran Kosmik Agentliyi

Dünya xəbərləri Materials 5 Aprel 2011 16:01 (UTC +04:00)
Hazırda "Misbah" süni peykini orbitə buraxmaq üçün ölkədə daşıyıcı raketlər var, lakin təəssüflər olsun ki, İtaliya hökuməti beynəlxalq sanksiyaları bəhanə edərək bu peyki İrana təhvil verməkdənboyun qaçırır.
İtaliya sanksiyaları bəhanə edərək "Misbah" peykini təhvil verməkdən boyun qaçırır - İran Kosmik Agentliyi

Hazırda "Misbah" süni peykini orbitə buraxmaq üçün ölkədə daşıyıcı raketlər var, lakin təəssüflər olsun ki, İtaliya hökuməti beynəlxalq sanksiyaları bəhanə edərək bu peyki İrana təhvil verməkdən boyun qaçırır. Bu sözləri İran Kosmik Agentliyinin rəhbəri Həmid Fazili deyib. Bu barədə Trend İranın ISNA xəbər agentliyinə istinadən məlumat verir.

"Misbah" süni peykinin istehsalına 1977-ci ildə başlanıb. Layihənin icrası 19 il müddətinə dondurulub və 1996-cı ildə İranın Aerokosmik Təşkilatı həmin layihənin icrasına yenidən başlayıb. Layihə üzrə tədqiqat işlərini İranın Elm və Sənaye Araşdırmaları Təşkilatı həyata keçirib. 1998-ci ildə İranın Rabitə Nazirliyi peykin istehsalı üçün İtaliya şirkəti ilə müqavilə imzalayıb. "Misbah" süni peykinin istehsalı üçün İran 10 milyard dollar sərmayə yatırıb.

ABŞ və bir sıra Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahının hazırlanmasında ittiham edirlər. Bu günə qədər BMT Təhlükəsizlik Şurası altı qətnamə qəbul edib, onlardan dördü İrana qarşı sanksiyaların tətbiqinə yönəldilib, ikisi isə xəbərdarlıq xarakteri daşıyır və İrandan uranın zənginləşdirilməsindən imtina etməyi tələb edir. Lakin İran "Nüvə silahının yayılmaması haqqında" müqavilənin iştirakçısı kimi nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə hüququna malik olduğunu iddia edir.

Xəbər lenti

Xəbər lenti