"Barselona" ilə "Mançester Yunayted"-in arasında keçirilən Çempionlar Liqasının final matçında birinci hissə heç-heçə ilə başa çatdı.
Oyunun 27-ci dəqiqəsində Pedro ispan komandasını hesabda irəli çıxardı. Lakin, artıq 34-cü dəqiqədə mankunianların hücumçusu Ueyn Runi hesabı bərabərləşdirdi - 1:1.