...

Türkiyə XİN rəhbəri Suriyaya yola düşüb

Dünya xəbərləri Materials 9 Avqust 2011 11:15 (UTC +04:00)
Türkiyə XİN rəhbəri Suriyaya yola düşüb
Türkiyə XİN rəhbəri Suriyaya yola düşüb

Azərbaycan, Bakı, 8 vauqst /Trend/

Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu bu gün Suriyaya yola düşüb. Trend bu haqda Türkiyənin ANADOLU agentliyinə istinadən məlumat verib.

Səfər zamanı Əhməd Davudoğlunun Suriya rəsmiləri ilə ölkədəki son vəziyyəti müzakirə edəcəyi gözlənilir

Suriyanın bir çox şəhərlərində ordu ilə rezident Bəşşar Əsədin İstefasının tələb edən nümayişçilər arasında toqquşmalar zamanı 800 dən çox nümayişçi qətlə yetirilib. Suriya rəsmilərin bu rəqəmin 100 dən az olduğunu və qətlə yetirilənlərin dinc əhali yox silahlı terrror qruplaşmalarının üzvləri olduğunu bildirib.

Suriyada baş verən hadisələrə etiraz olaraq dünən Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn bu ölkədəki səfirlərini geri çağırıblar.

Xəbər lenti

Xəbər lenti