...

MDB ölkələrinin HHM təlimi 2013-cü ildə "Aşuluk" poliqonunda keçiriləcək - RF Müdafiə Nazirliyi

Dünya xəbərləri Materials 17 Noyabr 2011 13:07 (UTC +04:00)
MDB ölkələrinin Hava hücumundan birgə müdafiə sisteminin növbəti təlimi 2013-cü ildə Rusiyanın "Aşuluk" poliqonunda (Həştərxan vilayəti) keçiriləcək.
MDB ölkələrinin HHM təlimi 2013-cü ildə "Aşuluk" poliqonunda keçiriləcək - RF Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

MDB ölkələrinin Hava hücumundan birgə müdafiə sisteminin növbəti təlimi 2013-cü ildə Rusiyanın "Aşuluk" poliqonunda (Həştərxan vilayəti) keçiriləcək. Bunu cümə axşamı jurnalistlərə RF müdafiə naziri Anatoli Serdyukov deyib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.

"2013-cü ildə biz MDB-dən olan həmkarları döyüş atıcılığı ilə HHM təlimlərinin keçiriləcəyi "Aşuluk" poliqonuna dəvət edirik", - nazir MDB ölkələri Müdafiə Nazirləri Şurasının 61-ci iclasının yekunları üzrə bildirib.

Bundan əlavə, rusiyalı nazirin sözlərinə görə, MDB ölkələri Müdafiə Nazirləri Şurasının himayəçiliyi altında 2012-ci ildə Qazaxıstanda MDB ölkələri HHQ-nin təlimi keçiriləcək.

Serdyukov "Hərbi əməkdaşlıq-2011" təlimlərindən başlayaraq MDB iştirakçısı olan ölkələrin Hava hücumundan birgə müdafiə sisteminin fiziki quruculuğunun başa çatdığını və onun fəaliyyəti məsələlərinin praktiki işlənməsinə başlanıldığını xatırladıb.

"Hərbi əməkdaşlıq-2011" təlimi cari ildə Həştərxan vilayətinin "Aşuluk" poliqonunda və Qazaxıstanın "Sarı-Şağan" poliqonunda keçirilib. Təlimlərdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və bir sıra ölkələr iştirak ediblər.

MDB ölkələri Müdafiə Nazirləri Şurası 1992-ci il fevralın 14-də MDB ölkələri rəhbərləri Şurasının qərarı ilə yaradılıb. O zaman bu qərarı Ermənistan, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistan rəhbərləri imzalayıblar. 1993-cü ilin yanvarında ona Qırğızıstan qoşulub.

1994-cü ilin aprelində MDB ölkələrinin rəhbərləri MDB MNŞ-nin yeni redaksiyada əsasnaməsini təsdiqləyiblər. Sənədi Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və Özbəkistan rəhbərləri imzalayıblar. MDB MNŞ-nin funksiyaları, strukturu, tərkibi və fəaliyyətinin təşkili bu sənədlə müəyyən edilib.

2006-cı ildə Gürücstan MDB ölkələri Müdafiə Nazirləri Şurasının tərkibindən çıxıb.

MDB MNŞ-nin tərkibinə müşahidəçi qisminsə Moldova, Türkmənistan və Ukrayna daxildir.

MDB MNŞ-nin sədri RF müdafiə naziri Anatoli Serdyukovdur.

Xəbər lenti

Xəbər lenti