...

Ermənistanın bir neçə vətəndaşı donma nəticəsində Gürcüstanda xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 3 Fevral 2012 16:05 (UTC +04:00)
Bir neçə Ermənistan vətəndaşı Gürcüstanın Kazbek rayonundakı Stepantsmind xəstəxanasına yerləşdirilib.
Ermənistanın bir neçə vətəndaşı donma nəticəsində Gürcüstanda xəstəxanaya yerləşdirilib

Gürcüstan, Tbilisi, 3 fevral / Trend, müxbir N.Kirsxaliya /

Bir neçə Ermənistan vətəndaşı Gürcüstanın Kazbek rayonundakı Stepantsmind xəstəxanasına yerləşdirilib.

Rusiyadan gələn və Gürcüstan vasitəsilə Ermənistana gedən, içərisində Ermənistan və Rusiya vətəndaşlarının olduğu 20-yə yaxın avtomaşın sərhədyanı zonada, Stepantsminddə qalıb. Trend-in məlumatına görə, bu barədə Msxeta-Tianeti qubernatorunun administrasiyasından bildirilib.

Avtomaşınlar artıq üç gündür yollarına davam edə bilmirlər. Bu gün səhər bir neçə sərnişinin vəziyyəti pisləşib. Diabetdən əziyyət çəkən Ermənistan vətəndaşının vəziyyəti xüsusilə ağır olub.

Həkimlər donmadan əziyyət çəkənlərə yardım göstəriblər və hazırda onların vəziyyəti qənaətbəxşdir.

Avtomobillərdəki digər sərnişinlər və sürücülər maşınlarda donmamaq üçün Stepantsmind mehmanxanalarında yerləşdiriliblər.

Hələlik avtomobillərin nə vaxt hərəkəti bərpa edəcəkləri məlum deyil. Çünki Gürcüstan yollarında qar uçqunu təhlükəsi səbəbindən yol işçiləri Kobi-Qidauri sahəsində yolun təmizlənməsinə icazə vermirlər. İşlərə başlandıqdan sonra yolların tam təmizlənməsinə üç gün vaxt lazım gələcək.

Xəbər lenti

Xəbər lenti