...

Suriyaya qarşı sanksiyaların sərtləşdirilməsi zəruridir - Türkiyə Baş nazirinin müavini

Dünya xəbərləri Materials 6 Fevral 2012 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral / Trend, müxbir A.Tağıyeva /

Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağ hesab edir ki, Suriyada zorakılığın qarşısının alınması üçün ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsi zəruridir. Trend-in məlumatına görə, xəbəri "Zaman" qəzeti yazır.

Bozdağın sözlərinə görə, Suriyada qan axıdılmasının davam etməsi hakim rejimin legitimliyini itirməsindən xəbər verir.

Ötən cümə günü Suriya ordusunun Homs şəhərini atəşə tutması nəticəsində ən azı 350 dinc sakin həlak olub.

Rusiya və Çin veto hüququndan istifadə edərək BMT TŞ-nin Suriya üzrə qətnaməsinin qəbuluna mane olublar. Bu artıq BMT TŞ-nin daimi üzvləri kimi RF və Çinin Suriya üzrə qətnamənin qəbuluna yol verməmələri ilə bağlı ikinci haldır.

Suriya 9 aydır ki, getdikcə zorakılıq xarakteri alan hökumət əleyhinə aksiyalar şəraitində yaşayır. Gündəlik olaraq həm dinc, həm də güc strukturları arasında ölüm halları haqqında məlumatlar daxil olur. BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir. Onlar bunun təqsirini xaricdən dəstək alan silahlılarda görürlər.

Xəbər lenti

Xəbər lenti