...

Suriya ordusu Homs şəhərini bombalamağa başlayıb

Dünya xəbərləri Materials 7 Fevral 2012 12:12 (UTC +04:00)
Suriya qoşunları çərşənbə axşamı səhərdən Homs şəhərini bombalamağa başlayıb. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verir.
Suriya ordusu Homs şəhərini bombalamağa başlayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 fevral / Trend, müxbir A.Tağıyeva /

Suriya qoşunları çərşənbə axşamı səhərdən Homs şəhərini bombalamağa başlayıb. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verir.

Ordu habelə Homs ətrafındakı yaşayış məntəqələrini atəşə tutub. Həlak olanlar barədə hələlik məlumat yoxdur.

Ötən sutka ərzində Suriyanın müxtəlif şəhərlərində 50-yə yaxın dinc sakin qətlə yetirilib, yüzlərlə adam yaralanıb.

Suriya 11 aydır ki, getdikcə zorakılıq xarakteri alan hökumət əleyhinə aksiyalar şəraitində yaşayır. Gündəlik olaraq həm dinc, həm də güc strukturları arasında ölüm halları haqqında məlumatlar daxil olur. BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.

Xəbər lenti

Xəbər lenti