...

Siyasətçilər “soyqırımı”nın tanınıb-tanınmaması məsələsini həll etməməlidirlər – Metyu Brayza

Dünya xəbərləri Materials 11 Fevral 2012 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend, müxbir A.Bədəlova/

Heç bir ölkənin siyasətçiləri "soyqırım"ın tanınıb-tanınmaması məsələsini həll etməməlidirlər.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Türkiyənin "Hürriyyət Daily News" qəzetinə müsahibəsində deyib.

"Hadisələri soyqırım kimi xarakterizə etmək və ya onları belə tanımamaq siyasətçilərin işi deyil", - Brayza deyib.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Lakin bir az sonra fFransalı parlamentarilər qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsulliyyətini nəzərdə tutan qanun layihəsinin ləğv edilməsi tələbi ilə ölkənin Ali Konstitusiya Şurasına müraciət ediblər. Şura Fransa parlamentinin hər iki palatasının qəbul etdiyi qanun layihəsi haqqında məsələni öyrənməlidir. Bir çoxları qanun layihəsini konstitusiya və azad düşüncə ifadəsinin pozulması kimi qiymətləndirirlər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Brayzanın fikrincə, belə bir ("soyqırım"la bağlı) qərarın cəmiyyət tərəfindən deyil, kiminsə tərəfindən qəbul edilməsi düzgün olmazdı.

Brayza qeyd edib ki, bu məsələdə həqiqət Türkiyənin tərəfindədir.

Onun sözlərinə görə, hazırda bu məsələ birtərəfli xarakter daşıyır.

" Əgər hesab edilsə ki, soyqırım həqiqətən baş verib, onda həmçinin onun Şərqi Anadoluda türklərə və ya müsəlmanlara qarşı törədildiyini də eyni dərəcədə iddia etmək olar", - Brayza deyib.

Xəbər lenti

Xəbər lenti