...

Türkiyə XİN ABŞ prezidentinin qondarma "erməni soyqırımı" ilə bağlı ifadələrinə görə təəssüflənir

Dünya xəbərləri Materials 25 Aprel 2012 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Tağıyeva /

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Barak Obamanın tarixi həqiqəti saxtalaşdıran "erməni soyqırımı" ilə bağlı dediklərinə görə təəssüfünü bildirib. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı məlumat verib.

Türkiyə XİN-in bəyanatında deyilir ki, belə qeyri-obyektiv ifadələr Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini daha da çətinləşdirir.

"Türkiyənin yaxın tərəfdaşı və müttəfiqinin səsləndirdiyi həmin ifadələr uydurma "erməni soyqırımı" problemini daha da dərinləşdirir", - XİN-in bəyanatında deyilir.

Dünən erməni diasporunun nümayəndələri qarşısında çıxış edən Barak Obama 1915-ci il hadisələrini "böyük faciə" adlandırıb.

Xəbər lenti

Xəbər lenti