...

İranda zəlzələ baş verib

Dünya xəbərləri Materials 17 İyul 2012 10:24 (UTC +04:00)
İranın Fars əyalətinin Firuzabad şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,7 bal gücündə zəlzələ baş verib.
İranda zəlzələ baş verib

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir T.Cəfərov/

İranın Fars əyalətinin Firuzabad şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytına istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla bu gecə saat 00:23-də baş verdiyini bildirib.

Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti