Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir A.Tağıyeva/
Suriya dövlət televiziyasının binasında baş verən partlayış nəticəsində ölən olmayıb. Trend-in "Sana" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Suriyanın informasiya naziri Omran əz-Zoubi bildirib.
Nazir qeyd edib ki, partlayış zamanı televeziyanın bir neçə işçisi yüngül xəsarət alıb.