...

İranlı bloqçunun ölümünün araşdırılması çərçivəsində bir neçə nəfər həbs edilib

Dünya xəbərləri Materials 23 Noyabr 2012 12:15 (UTC +04:00)
İranda bloqçu Səttar Behiştinin öldüyü həbsxananın nəzarətçiləri və zabitləri saxlanılıb. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
İranlı bloqçunun ölümünün araşdırılması çərçivəsində bir neçə nəfər həbs edilib

Azərbaycan, Bakı, 23 noyabr / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

İranda bloqçu Səttar Behiştinin öldüyü həbsxananın nəzarətçiləri və zabitləri saxlanılıb. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Təhqiqat çərçivəsində habelə həbsxananın məhbusları da dindirilib.

Qeyd edək ki, Səttar Behişti oktyabrın 30-da öz evində həbs edilib. "Amnesty International" beynəlxalq hüquq müdafiəsi təşkilatı bəyan etmişdi ki, təqribən 1 həftə əvvəl antihökumət bloqunun yaradıcısı həbsxanada işgəncələr nəticəsində dünyasını dəyişib.

Bununla əlaqədar İran parlamenti araşdırmalara başlamışdı.
Aparılan təhqiqata əsasən, həbsxanada ölən bloqqer Səttar Behiştiyə işgəncə verilməyib. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Ələddin Bolicərdi noyabrın 12-də bildirib. Borucərdinin sözlərinə görə, təhqiqat göstərib ki, həbsdə olduğu müddətdə Behiştinin üzərində heç bir zorakılıq izləri aşkar olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti